Makron bunu Trampın ABŞ-nin yardımı ilə bağlı açıqlamalarına cavab olaraq qeyd edib. Tramp, məlum olduğu kimi, mütəmadi olaraq ABŞ-nin 350 milyard dollar yardım etdiyini xatırladır, bunun əsasında minerallar və metallar üzrə saziş şəklində Kiyevdən təzminat elan edir. Tramp bildirib ki, o bu həftə və ya gələn həftə Volodimir Zelenskini Vaşinqtonda qəbul etməyi və sazişi imzalamağı gözləyir.
Rusiya prezidenti Vladimir Putin bununla bağlı müraciət edərək bildirib ki, razılaşma Rusiyaya aid deyil, bu, ABŞ və Ukraynanın işidir. Eyni zamanda Putin də öz növbəsində Rusiyanın malik olduğu minerallar və metallarla bağlı tərəfdaşlıq sazişlərinə hazır olduğunu açıqlayıb. Ötən gün Putin Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevi iqtisadi məsələlər üzrə xüsusi nümayəndə təyin etmək qərarına gəlib.
Dmitriyev, əslində, Rusiya və ABŞ arasında iqtisadi məsələlər üzrə nümayəndə olacaq. Yeri gəlmişkən, o, Səudiyyə Ərəbistanında keçirilən ilk görüşdə iştirak edib. Aydındır ki, ABŞ-Rusiya müzakirəsinin böyük biznes komponenti var və bu, xüsusilə Ukrayna mövzusuna aid olacaq. Makronun 138 milyard avro açıqlaması əslində Avropanın bölünməsi ilə bağlı bəyanatdır.
Makron buna eyham vurur ki, Avropa qoyduğu sərmayələr və ya göstərdiyi yardımlar müqabilində nizamlanmanın “biznes komponenti”ndən öz payına sahib olmalıdır. Maraqlıdır, Makron Vaşinqtonda bəyan edib ki, indi Putinlə dialoqu bərpa etmək üçün doğru zamandır.
Fransa prezidenti böyük ehtimalla təkcə Trampla deyil, həm də Putinlə birbaşa təmaslar yolu ilə “biznes maraqları”nı qorumağa çalışacaq.
Asif Cəfərov
Ordu.az